BİZNES

20 Avqust

CNPC: 2035-ci ilə qədər Çində qaz tələbatı 650 milyard kubmetrə çata bilər

CNPC: Çində qaz tələbatı sürətlə artır

Finss.az xəbər verir ki, Çinin ən böyük dövlət neft və qaz şirkəti olan Çin Milli Neft Korporasiyası (CNPC), yaxın onillikdə ölkədə qaz tələbatının kəskin artacağını açıqlayıb.

CNPC-nin Rusiya bölməsinin baş direktor müavini Li Yonqonq bildirib ki, 2035-ci ilə qədər Çində qaz tələbatı ildə 600-650 milyard kubmetr səviyyəsinə çata bilər. Bu isə hazırkı göstəricidən təxminən 20 milyard kubmetr çoxdur.Onun sözlərinə görə, hazırda Çin qaz bazarı idxaldan 40% asılıdır və bu sahənin inkişaf perspektivləri böyükdür. Yonqonq vurğulayıb ki, təbii qaz uzun müddət enerji balansında mühüm rol oynayacaq və neft kimi strateji əhəmiyyətə sahib olacaq.Kazanda keçirilən “ROSTKI: Rusiya və Çin – Qarşılıqlı Faydalı Əməkdaşlıq” adlı biznes forumunda çıxış edən CNPC rəsmisi bildirib ki, iki ölkə arasında:

  • boru kəməri ilə qaz ticarətinin gücləndirilməsi,

  • qaz sənayesində birgə investisiya layihələrinin təşviqi,

  • qaz kimyası, metanol və sintetik ammonyak istehsalında əməkdaşlıq,

  • sənaye zəncirlərinin inteqrasiyası

Çin və Rusiya arasında enerji əməkdaşlığının sabitliyini qoruyacaq əsas istiqamətlərdir.